az
en
Bu gün: 22 Oktyabr 2017
Vitrin 62

62№li vitrin minillik tarixə (VI-XVI) malik Şirvanşahlar dövlətinin XIII-XV əsrlər dövrünə həsr olunmuşdur. Burada Şirvanşah Sultan Məhəmməd Qazinin möhürü, Şirvanşahların Bakıdakı türbəsindən tapılmış yaqut və firuzə qaşlı qızıl sancaq və sırqa, Bakıda, İçəri Şəhərdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən şirli matra və küpə, həmçinin üstü yazılı minalı mis qazança, tunc şamdanlar və saxsı çıraqlar qoyulmuşdur. Vitrinin arxa divarında Şirvanşahların türbəsindən tapılmlş kətan parça (kəfən) qalıqları olan lövhə asılmışdır.  

1222-ci ildə Azərbaycan ərazisinə ilk dəfə dağıdıcı yürüşlərlə hücum edən monqollar, nəhayət 1239-cu ildə burada qərarlaşır, 1258-ci ildə isə bütün ölkə geniş Hülakülər imperiyasının (1258-1357) tərkibinə qatılır. 1358-1410-cu illərdə Azərbaycan ərazisi Cəlairi, 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə isə Ağqoyunlu sülalələrinin idarə etdikləri geniş ərazili dövlətlərin tərkibində olub; qədim Azərbaycan şəhəri Təbriz bu dövlətlərin paytaxtı idi.

 
   
Elanlar