az
en
Bu gün: 16 Avqust 2017
Vitrin 63
   
63№li vitrində Azərbaycanda, Mingəçevir yaxınlığında «monqol dövrü» adlandırılan dövrə dair döyüşçü qəbirindən tapılan qiymətli material -vəkalət nişanı olan dəmir payza, dəmir nizə, ox ucları, bıçaqlar və s. (№1,2)nümayiş etdirilir. Döyüşçünün əynində nümunəsi vitrində göstərilən ipək parçalardan geyimlər (№4), maneken üzərindəki libas (xələt, №10) olmuşdur. Görünür, yerli dərzinin tikdiyi bu libasın biçimi həm monqol, həm də yerli biçim elementlərini özündə birləşdirmişdir. Bu dövr döyüşçülərinin atlarına məxsus əsləhələr - üzəngi, nal, təsvirli ağac yəhəri qalıqları, eləcə də mis toqqa bəzəkləri, gön kisə və həsir qalıqları vitrində nümayiş etdirilir. Vitrinin arxa divarında rəssam Qafar Seyfullayevin «Monqolların Şamaxıya hücumu» tablosu verilmişdir. XIII əsr ərəb tarixçisi İbn əl-Əsir bu hücum haqqında belə yazırdı: «Əhali, qılınca sarılmaq lazımdır, bizə ölümdən başqa çarə yoxdur, döyüşmək və şərəflə ölmək hər şeydən yaxşıdır deyərək düşmənə ciddi müqavimət göstərdi. Müqavimət üç gün davam etdi. Sayca üstün olan monqollar şəhəri ələ keçirə bildilər».

 

 

Elanlar