az
en
Bu gün: 13 Dekabr 2017
Vitrin 68
68№li vitrində XIII-XV əsrlər Azərbaycan sənətkarlığının nadir nümunələri təqdim olunmuşdur. Müxtəlif naxışlarla bəzədilmiş şirli gil mizin (№2) ayaqları üzərində onu saxlayan insan fiqurları vardır. Bu dövrün memarlıq abidələrindən biri Bərdə türbəsidir. Onun üzəri müxtəlif şirli kaşılarla (№3) bəzədilmişdir. Vitrində müxtəlif işıqlandırma vasitələri - bədii cəhətdən nəfis işlənmiş çıraqlar və şamdanlar, eləcə də Bakıdan, Şəkidən, Qubadan, Bərdədən, Ərkivandan (Astara) tapılmış mis və gil qablar, saxsı dolça və kuzələr qoyulmişdur. Vitrinin  sağ tərəfində  bu dövrə aid musiqi aləti - çoğur nümayiş edilir.

   
Elanlar