az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 69
Zalın 69№-li vitrini idmana həsr olunmuşdur. İdman təlimləri və yarışlar keçirilən yer zorxana adlanırdı. Zorxanada iştirak edən pəhləvanların vitrində nümayiş olunan (№3) və qədim adı “tamban” olan idman paltarı tək şalvardan ibarət idi. Əvvəllər tamban meşindən, sonralar isə qalın parçadan tikilərək, üstü hər kəsin səliqəsinə və zövqünə görə bəzədilirdi. Vitrində nümayiş olunan “mil” adlanan idman alətini pəhləvanlar başları üzərinə qaldıraraq rəqs edirdilər. İki zorxana milinin (№1) orta çəkisi 12 kq-dan 30 kq-a qədərdir. Bu millərin 30-a qədər forması olur. Orta əsrlərdə Azərbaycanda çövqan oyunu da geniş yayılmışdı. Vitrindəki miniatürdə bu oyun nwmayiş olunur.Vitrinin yanındakı  eyni nömrəli podiumda qoyulaf orta əsr idman alətlərindən biri - bargirləri pəhləvanlar zorxana oyunlarında ağırlıq qaldırma vasitəsi kimi istifadə etmişlər.  
 
   
Elanlar