az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 74

Azərbaycanda astronomiya (nücum) elminin inkişafında Nəsirəddin Tusinin çox böyük rolu olmuşdur. O, 1259-cu ildə məşhur Marağa rəsədxanasının əsasını qoymuşdur. Rəsədxanada  işləyən alimlər Nəsirəddin tusinin rəhbərliyi ilə «Zici-İlxani» (elxanın cədvəlləri) adlı astronomiya kataloqunu tərtib etmişlər. 74№-li vitrinin yanındakı  divarda həmin əsərin AMEA  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əslindən bir vərəqin böyüdülmüş şəkli asılmışdır. Həmin vitrinin içində Məhəmməd Ordinin 1279-cu ildə düzəltdiyi və şəkli arxa divarda  asılmış ulduz qlobusu (əsli Drezden muzeyində), onun yanında qoyulmuş ağac kvadrantlar həmin dövrün astronomik alətləridir. Vitrində təqdim olunmuş, üzərində miniatürlər təsvir olunmuş papye-maşe və misdən düzəldilmiş qələmdanlar və qələm mədrəsələrdə istifadə olunurdu. Ortadakı rəhildə Cəlaləddin Məhəmməd Əbdürrəhman əl-Qəzvininin (öl. 1338). “Təlhisul Miftah fi-l-məani vəl-Bəyan” əsəri (Fazil Xalxalinin (öl. 1345), Şəmsəddin Zuzəminin (öl. 1390) şərhləri və Sadəddin Taftazaninin (öl. 1390) “Muttavəl” adlı şərhi ilə birlikdə) qoyulmuşdur. Əsər 1760-cı ildə azərbaycanlı xəttat tərəfindən köçürülmüşdür.

Azərbaycan miniatür sənətinin tükənməz mənbəyi klassik Şərq poeziyasıdır. Dəhliz boyunca divarlarda XIV-XVI əsrlər miniatür məktəblərinə (əsasən Təbriz) aid Azərbaycan miniatürləri asılmışdır (əsli Türkiyənin Topqapı muzeyindədir). Zalın çıxışında verilmiş və XVI əsrdə rəssam Matrakçı tərəfindən çəkilmiş miniatür Təbriz şəhərinin xaritə-sxemini əks etdirir.

 
   
Elanlar