az
en
Bu gün: 13 Dekabr 2017
Vitrin 107
Azərbaycan xanlıqlarında hərb işi öz zamanına görə kifayət qədər yaxşı təşkil olunmuşdu. Sağdakı 107№-li vitrində qoyulmuş Azərbaycan döyüşçüsünün manekeninə qoyun dərisindən papaq, mahud çuxa,  yun şalvar, uzunboğaz çəkmə geydirilmiş, belinə kəmər, böyrünə uzun və qısalüləli  tüfənglər taxılmış, podiumda çaxmaqlı tapança qoyulmuşdur. Manekenin sol tərəfindəki podiumlarda Azərbaycan əsgərinin döyüşdə  istifadə etdiyi soyuq silahlar nümayiş etdirilir.  Nümunəsi vitrində olan (№19), hələ XVI əsrdə işlədilən «zənburək» toplarını dəvələrin üstünə qoyub atırdılar. Burada topla yanaşı zənburəkin polad mərmiləri də nümayiş olunur.
   
Elanlar