az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 109
Gəncə xanlığının işğalından sonra Rusiya qoşunları İrəvan xanlığının sərhədində cəmləşdirildi. Zalın divarındakı, 1801-1813-cü illərdə Şimali Azərbaycan xanlıqlarının işğalı xəritəsində İrəvan xanlığının mövqeyi açıq-aydın görünür. 1804-cü ilin mayın sonlarında hücuma başlayan rus ordusu güclü müqavimətlə üzləşmiş və böyük itkilər vermişdi. Sentyabrın 3-də P.D.Sisianov İrəvanın mühasirəsindən əl çəkir. Sentyabrın 5-də isə o, imperator I Aleksandra göndərdiyi raportunda yazırdı: «Mənim 30 illik xidmətim ərzində ilk dəfədir ki, mühasirəyə alınmış şəhəri fəth etmədən qoşunları geri çəkdim». İki il sonra, 1806-cı il fevralın 8-də, P.D.Sisianov Rusiya imperiyasının təcavüzkar siyasətinin qurbanı oldu və Bakı qalası yaxınlığında öldürüldü. 1808-ci il sentyabrın 25-də yeni komandan Qudoviçin başçılığı ilə İrəvan qalasının yenidən alınması cəhdi uğursuzluqla nəticələndi.

 
   
Elanlar