az
en
Bu gün: 17 Avqust 2017
Vitrin 130

XIX əsrin 70-90-cı illərində Azərbaycanın kənd təsərrüfatında kapitalist istehsal münasibətlərinin intişarı prosesi başlandı. Bu zaldakı 130№-li vitrində 1861-ci il kəndli islahatı ilə bağlı  buraxılmış medallar  və azərbaycanlıların müxtəlif kənd təsərrüfatı sərgilərində layiq görüldükləri medalların nümunəsi qoyulmuşdur. Həmin vitrində gördüyünüz «Bağçılıq sahəsinə görə» və «Meyvəçilik sahəsində əməyə görə» medalları Azərbaycanda bağçılığın uğurlarını təsdiq edir. Qədim üzümçülük təsərrüfatının inkişaf etdirilməsində yerli üzümçülərlə yanaşı Yelenendorfa köçmüş (Yelizavetpol qəzası) alman kolonistləri xüsusilə fərqlənirdi. Vitrində Forer şərab zavodunun şüşə butulkaları və reklam vərəqi nümayiş olunur.
 
   
Elanlar