az
en
Bu gün: 17 Avqust 2017
Vitrin 150
Hələ qədim dövrlərdən Azərbaycan ərazisində olan müxtəlif  inanclardan  bəzisi xalq arasında bu gün də qalır. Qədim azərbaycanlılara görə ağaclar insana xas olan bütün keyfiyyətlərə və xüsusiyyətlərə malikdir. İnsanlar pirlərdə olan ağaclara da sitayiş edir, şəfa tapmaq və arzularına çatmaq məqsədilə həmin ağacların budaqlarına parça qırıqları bağlayırdılar. Bəd nəzərdən və pislikdən qorunmaq üçün təsbeh gəzdirən, hər hansı inancla bağlı müxtəlif asma və bilərzik taxan, dini təsvirli qaşı olan üzük geyən, üstündə dualar tikilmiş papaq qoyan da çox idi. 150№-li vitrində bu tip eksponatlar nümayiş olunur.
   
Elanlar