az
en
Bu gün: 22 Oktyabr 2017
Vitrin 154
Orta əsrlərdən başlayaraq Azərbaycanda təhsil mollaxana, məktəb və mədrəsələrdə aparılırdı. Rusiyanın işğalından sonra da ölkənin şimalında ibtidai təhsil bütövlükdə müsəlman ruhanilərin ixtiyarında olan məktəblərdə - mollaxanalarda cəmləşmişdi. Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə qoyulmuş məktəb XIX əsrin II yarısında da fəaliyyət göstərirdi. Bakı, Quba, Qarabağ, Şəki, Şirvan və Lənkəran qəzalarının 502 məktəbində 5 mindən çox şagird təhsil alırdı. Azərbaycanda orta ruhani məktəbləri - mədrəsələr də fəaliyyət göstərirdi. Mədrəsələr adətən böyük məscidlərin nəzdində açılır və onların hesabına saxlanırdı. Burada təhsil və yaşayış pulsuz idi. Ekspozisiyanın bu bölməsində, 154№-li vitrində dövrün şagirdlərinin paltarı, çanta və başqa dərs ləvazimatı nümunələri nümayiş olunur. Rus-azərbaycan ibtidai məktəblərində şəriət dərsində istifadə edilmiş şagird dəftəri və H.Z.Tağıyevin qız məktəbi şagirdlərinin namaz vaxtı çəkilmiş fotoşəkili vitrinin divarında asılmışdır. Həmin vitrindən sağda, divarda «Quran»ın zərif işlənmiş və çərçivəyə salınmış üz qabığı verilmişdir.

 
   
Elanlar