az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 155
Divardakı paneldə və onun yanındakı stenddə Azərbaycanda sərbəst fəaliyyət göstərən digər dini qurumlar haqqında məlumat verilir. Bu məlumata görə, Azərbaycanda XIX-XX əsrin əvvəllərində bir çox xalqların nümayəndələri yaşayır, öz dini ayinlərini sərbəst icra edirdilər. Erməni kilsəsinin dəstəyi ilə Rusiya imperiyası 1836-cı ildə alban kilsəsini ləğv etmiş, lakin bütün səylərə baxmayaraq albanların nəsillərini tam qriqorianlaşdıra bilməmişdi. Azərbaycanda rus əhalisinin köçürülməsi ilə əlaqədar onların kompakt yaşadıqları ərazilərdə pravoslav kilsələri tikilirdi, Bakıda 1898-ci ildə inşa edilən Aleksandr Nevski kilsəsi onların ən möhtəşəmi idi. Azərbaycanda alman kolonistlərinin yerləşdirilməsi, 1875-ci il üsyanından sonra polyakların buraya sürgün edilməsi, neft işinin inkişafı ilə əlaqədar avropalıların sayının artması nəticəsində katolik və protestantların kompakt şəkildə yaşadığı ərazilərdə müvafiq dini binalar ucaldıldı. İmperiyanın digər ərazilərində yəhudilər təqib olunduğu halda Azərbaycanda yəhudilərin yaşamasına heç vaxt məhdudiyyət qoyulmamış, tatdilli dağ yəhudiləri hətta Quba şəhərində ayrıca qəsəbə salmış, sinaqoqlar inşa etmişlər.

 
   
Elanlar