az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 159
I Dünya müharibəsi (1914-1918) Azərbaycan iqtisadiyyatına ağır zərbə vurdu. İqtisadiyyatı hərbi istiqamətə yönəltmək üçün hərbi-sənaye komitələri yaradıldı. Zala girişin solunda divardan asılmış panel bu mövzuya həsr olunmuşdur. Bu dövrdə Bakıda hərbi hissələr yerləşdirildi. Müəssisələrin hərbiləşdirilməsi başlandı. Neftə olan təlabatın artmasına baxmayaraq nəqliyyat, quyuların qazılması üzrə işlərin azalması neft sənayesində durğunluq əmələ gətirdi.  “Azərbaycan Rusiya ordusunun arxa cəbhəsi kimi” adlı 159№-li vitrində Vilayət hərbi-sənaye komitəsinin zərfi, üçdüyməli fuqas qumbaraların hazırlanması və qəbulu üçün 1916-cı ildə Petroqradda nəşr olunan təlimat kitabçası nümayiş etdirilir. Müharibə illərində cəbhəyanı rayonlardan Azərbaycan hospital və xəstəxanalarına yaralılar gətirilirdi.  Vitrində Xarkov hərbi hospitalında 1914-17-ci illərdə həkim kimi fəaliyyət göstərmiş Mustafabəy Hacıqasımova məxsus tibbi alət və sənədlər, həkim Əlibəy Qayıbovun Xarkov Universitetinin tibb fakultəsini bitirməsi haqqında şəhadətnamə, tibb bacısı Nigar Şıxlinskayaya aid sənədlər, fotoşəkil və tibbi ləvazimat nümayiş edilir. Vitrində hərbi istiqraza yazılmaq çağırışlı reklam-açıqcalar, tədavüldə olan pullar və s. təqdim olunur.  

 

   
Elanlar