az
en
Bu gün: 22 Oktyabr 2017
Vitrin 162

162№-li vitrin hərbiçilər nəsli olan Vəkilovlara həsr olunmuşdur. Burada hərbiçi-topoqraf İbrahim ağa Vəkilova aid sənəd və əşyalar- doğum şəhadətnaməsi, attestat, xətkeş, İstanbulda ona hədiyyə olunmuş mərmi, tərtibatçılarından biri olduğu Türkiyənin bir hissəsinin xəritəsi, eləcə də Fərrux ağa Vəkilovun qamçısı, xəncəri və rəsmxət alətləri nümayiş etdirilir.

Zalın çıxışından sağda olan divarda müharibə cəbhələrində vuruşan Hüseyn xan Naxçivanski, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, aviatorlar Fərruxağa Qayıbov və Əlibəy Verdiyevə aid foto-məlumat paneli asılmışdır.  

14№-li zala girişin sol divarında Bakıda Birja meydanında 1916-cı ildə keçirilmiş hərbi paradın makrofotosu asılmışdır. Müharibənin ilk günlərindən cəbhəyanı şəhərə çevrilmiş Bakıya Rusiyadan 70 minlik qoşun gətirilmişdi. Fotoda həmin qoşunların hərbi paradı nümayiş olunur. Əsas hissəsi bolşevik təbliğatının təsirinə düşən rus əsgərləri 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra daşnaklarla birləşərək, azərbaycanlıların  soyqırımına gətirib çıxaran hadisələrdə bilavasitə iştirak etdilər. Zalda qoyulmuş monitorda soyqırımına həsr olunmuş film nümayiş olunur. Həmin otaqda qoyulmuş stendlərdə Azərbaycanın I Dünya müharibəsinin ilk illərində ictimai-siyasi və iqtisadi həyatını əks etdirən fotoşəkillər asılmışdır.    

 

   
Elanlar