az
en
Bu gün: 11 Dekabr 2017
Vitrin 172
1918-ci il iyunun 26-da Azərbaycan Milli ordusunun yaradılması haqqında qərar imzalandı. Topçu hissələri, zirehli qatarlar, zirehli avtomobil, hərbi donanma təşkil edildi, hərbi aviasiyanın yaradılması üçün işlər görüldü. 40 min nəfərlik nizami ordu yaratmaq mümkün oldu. Həmin mövzuya həsr olunmuş 172№-li vitrində hərbi nazir, artilleriya generalı Səmədbəy Mehmandarovun, hərbi nazirin müavini tam artilleriya generalı Əliağa Şıxlinskinin fotoları və onlara məxsus əşyalar qoyulmuşdır. Burada həmçinin general-mayor İbrahim ağa Usubova və sıravi əsgər Ə.Yusifova (Kusimova) məxsus əşyalar və fotolar da nümayiş edilir.
   
Elanlar