az
en
Bu gün: 17 Avqust 2017
Vitrin 175
 1918-1920-ci illər teatrı Azərbaycan tarixi və milli müstəqillik uğrunda hərəkatla bağlı olan yeni səhnə əsərlərinin yaranması ilə səciyyələnir. 175№li vitrinin sağ tərəfində qoyulmuş stendlərdə həmin dövrdə tamaşaya qoyulmuş «Minyon» və «Şah İsmayıl» operasının afişaları asılmışdır. Həmin vitrində Üzeyir Hacıbəyova məxsus «Arşın mal alan» operettasının sözləri yazılan dəftər, Azərbaycan Teatr heyətinin möhürü, bəstəkar Müslüm Maqomayevin fleyta qabı və dirijor çubuğu, onun “Şah İsmayıl” operasının proqramı, aktyorlardan Sidqi Ruhulla, Cahangir Zeynalov və Hüseynqulu Sarabskiyə məxsus əşyalar, Zülfüqar Hacıbəyovun tarı və ona təqdim olunmuş təbrik ünvanı və s. nümayiş edilir.  
   
Elanlar