az
en
Bu gün: 20 Oktyabr 2017
Vitrin 177
Azərbaycan Xalq Cumhuriyyəti təhsil sahəsində mühüm tədbirlər həyata keçirirdi. Bakı, Gəncə, Şuşa, Qazax və digər şəhərlərdə pedaqoji kurslar təşkil edilmiş, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürülmüşdü. 1919-cu ilin payızında bütün qəzalarda Azərbaycan (türk) dilində böyüklər üçün axşam kursları fəaliyyət göstərməyə başladı. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Bakı şəhərində Universitetin açılması haqqında qanun qəbul etdi; noyabrın 15-də universitetdə dərslər başlandı. Həmin ilin sentyabrında 100 azərbaycanlı gənc dövlət hesabına Osmanlı dövləti, Fransa, İtaliya, Rusiya və Böyük Britaniyanın ali məktəblərində təhsil almağa göndərildi.  176№-li vitrin bu mövzuya həsr olunmuşdur. Zaldakı monitorda həmin tələbələr haqqında məlumat təqdim olunur.
Divardakı paneldə (№177) Azərbaycan Cumhuriyyəti hökumətinin rəsmi mətbu orqanı olan «Azərbaycan» qəzetinin nüsxəsi nümayiş olunur. Qəzet həm Azərbaycan, həm də rus dillərində çıxırdı.

   
Elanlar