XƏBƏRLƏR
30 Avqust, 2021
Muzeyin kolleksiyasında Georgi silahı
Şimali Azərbaycan Rusiya imperiyasının tərkibində olduğu dövrdə yerli müsəlman əhalisinin əksəriyyəti hərbi xidmətə çağırılmırdı. Bununla belə, ali silkin nümayəndələri hərbi xidmətə daxil olaraq və ya təhsil ocaqlarında oxuyaraq zabit ola bilir, müxtəlif cəbhələrdə gedən döyüşlərdə iştirak edirdilər. Azərbaycanlıların igidliyini təsdiq edən general İvan Paskeviç Rusiya imperatoru I Nikolaya göndərdiyi raportda yazırdı: “Əlahəzrət İmperator qarşısında müsəlman alaylarının əla igidliyi barədə şahidlik etməyi öz borcum hesab edirəm... Bütün döyüşlərdə onlar əla igidliklə vuruşur, hücumda hər zaman irəlidə olurlar. Qənimət alınan topların, bayraqların və əsirlərin əksəriyyətini onlar götürmüşdür.” Azərbaycanlı zabit və əsgərlər Rusiya ordusu tərkibində imperiyanın XIX əsrin əvvəllərindən bəri apardığı bütün müharibələrdə iştirak etmiş, Rusiyanın orden və medalları ilə təltif edilmişlər. Azərbaycanlılar həmçinin imperatorun Şəxsi mühafizə konvoyunda xidmətə də cəlb edilmişdilər. Birinci Dünya müharibəsi (1914-1918) illərində isə azərbaycanlılardan ibarət Tatar (Azərbaycan) atlı alayı təşkil edilmişdi. Bu hərbi birləşmə alman və avstriya-macar hissələrinə qarşı döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdi. Eyni zamanda Birinci Dünya müharibəsi illərində rus ordusunun tərkibində azərbaycanlı zabitlər, o cümlədən bir neçə general qulluq edirdi. “Rus artilleriyasının allahı” kimi məşhurlaşan general-leytenant Əliağa Şıxlinski, general-leytenant Səməd bəy Mehmandarov, general Hüseyn xan Naxçıvanski ordu və korpus komandanları idilər.
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında (Silahlar və bayraqlar fondu İnv. 3116) azərbaycanlıların Rusiya ordusu tərkibində döyüş fəaliyyətini əks etdirən çoxsaylı ekponatlar arasında Georgi silahı da saxlanılır. Üzərində “İgidliyə görə” yazısı olan bu silah Rusiya imperiyasında ən şərəfli döyüş ordeni olan Müqəddəs Georgi ordeninə bərabər tutulurdu. Muzeydə qorunan silah şaşka növünə aiddir, tiyəsi poladdan, ucu az sivri, dəstəyi isə ikihaçalıdır. İmperiya dövründə Georgi silahı ilə 30-dan çox azərbaycanlı təltif olunmuşdur. Onların arasında generallar Cəfərqulu ağa Cavanşir, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Kəlbalı xan və Hüseyn xan Naxçıvanskilər, həmçinin onlarla digər azərbaycanlı zabit və əsgər var idi.
12 Noyabr – Konstitusiya Günüdür
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, dövlətçiliyimizin və hüquqi dəyərlərimizin daim möhkəmlən...
Muzeyin əməkdaşı Bülbül adına Orta ixtisas musiqi məktəbində açıq dərs keçib
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Ni...
Muzeydə Zəfər Gününə həsr olunmuş açıq dərs keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş açıq dərs keçi...
9 Noyabr-Dövlət Bayrağı Günü
Üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsinin, milli qürurunun və müstəqil dövlətçiliyimizin əbədi rəmzidir!...
8 Noyabr-Zəfər Günü
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti tariximizin ən şanlı s...
Muzeydə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş interaktiv dərs, kvest-kviz və ustad dərsi keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar maarifləndirici inte...
Muzeydə turizm şirkətləri və agentliklərinin nümayəndələri üçün infotur keçirilib
3 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bakıda fəaliyyət göstərən turizm şirkətləri və agentliklərinin nümayəndələri üçün info...
Muzeyə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə suveniri təqdim olunub
ABB tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisi Mirzə Fətəli Axundzadənin XIX əsrdə hazırladığı əlifba l...