XƏBƏRLƏR
16 Yanvar, 2026
Muzeydə “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib
15 yanvar 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Faciənin foto yaddaşı” adlı fotosərginin açılış mərasimi keçirilib. Sərgi çərçivəsində “Faciənin fotosu” (rejissor Fərqanə Qasımlı, operator Ayaz Mikayılzadə) adlı sənədli film nümayiş olunub. Sərginin kuratoru, muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu çıxış edərək sərgidə təqdim olunan fotoların və sənədlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. M.Həsənoğlu bildirib ki, sərgi tarixi həqiqətlərin vizual materiallar vasitəsilə gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.
Qeyd edək ki, sərgidə fotoqraflar tərəfindən lentə alınmış fotolarla yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan sənədlər də nümayiş olunur.
8 Noyabr-Zəfər Günü
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun rəşadəti tariximizin ən şanlı s...
Muzeydə turizm şirkətləri və agentliklərinin nümayəndələri üçün infotur keçirilib
3 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Bakıda fəaliyyət göstərən turizm şirkətləri və agentliklərinin nümayəndələri üçün info...
Muzeyə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə hazırlanmış xatirə suveniri təqdim olunub
ABB tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə görkəmli Azərbaycan mütəfəkkiri və maarifçisi Mirzə Fətəli Axundzadənin XIX əsrdə hazırladığı əlifba l...
Ruandanın Gənclər və İncəsənət naziri Milli Azərbaycan Tarixi Muzeyində olub
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan Ruanda Respublikasının Gənclər və İncəsənət naziri Dr. Utumatwishima J...
Tailand Krallığının Mədəniyyət Nazirliyinin nümayəndələri Muzeyi ziyarət ediblər
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər edən Tailand Krallığının mədəniyyət nazir...
XII Bakı Beynəlxalq Kitab Sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri təqdim olunur
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi nəşrləri ziyarətçilərin diqqətinə çatdırılır. Muzeyin stendində ...
Muzeyin əməkdaşının elmi məqaləsi beynəlxalq simpozium materialları toplusunda nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin kiçik elmi işçisi Günel Ağa qızı Məmmədovanın “Azərbaycanın sovet dövründə hərbi elitası: müharibə və sülh konteksti...
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
21 oktyabr 2026-cı il tarixində Xəzər Universitetində Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və universitetin birgə təşkilatçılığı ilə “Q...