XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
26 Oktyabr, 2026
XII Bakı Beynəlxalq Kitab Sərgisində Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri təqdim olunur

XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi nəşrləri ziyarətçilərin diqqətinə çatdırılır. Muzeyin stendində Azərbaycan tarixinin müxtəlif dövrlərinə və mədəni irsinə həsr olunmuş monoqrafiyalar, kataloqlar, albomlar və digər elmi nəşrlər nümayiş etdirilir.

Sərgidə quraşdırılmış interaktiv köşk vasitəsilə Muzeyin son 20 ildə çap olunmuş nəşrləri ilə elektron formatda tanış olmaq mümkündür. Bu təqdimat ziyarətçilərin marağına səbəb olub.

Muzeyin nəşrlərinin sərgidə təqdim olunması elmi araşdırmaların nəticələrinin geniş auditoriyaya çatdırılması və Azərbaycanın tarixi-mədəni irsinin təbliği baxımından əhəmiyyət daşıyır.

XII Bakı Beynəlxalq Kitab Sərgisi 27 oktyabr 2026-cı il tarixinədək Bakı Ekspo Mərkəzində davam edəcək.