25 oktyabr 2026-cı il tarixində Xəzər TV-də yayımlanan “Bakı gündəliyi” verilişində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları çıxış ediblər.
Verilişdə muzeyin Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova, Xüsusi fondun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova və Numizmatika Fondunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova Bakı şəhərinin zərgərlik tarixi haqqında məlumat veriblər.
Muzey əməkdaşları Bakı şəhərində aşkar edilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid qızıl sikkələr, həmin dövrün zərgərlik sənəti, bəzək və zinət əşyaları barədə danışıblar. Həmçinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan bu materialların tarixi və mədəni əhəmiyyəti vurğulanıb.