9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Niftəliyeva Bülbül adına Bakı şəhəri Orta ixtisas musiqi məktəbində şagirdlər üçün açıq dərs keçib.
Dərs zamanı Azərbaycanın Dövlət Bayrağının yaranma tarixi, rənglərinin mənası və dövlətçilik rəmzi kimi əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərin mövzuya marağını artırmaq və bayram sevincini bölüşmək məqsədilə onlara Azərbaycan bayrağını və milli atributlarımızı əks etdirən müxtəlif suvenirlər, eləcə də həvəsləndirici hədiyyələr təqdim olunub. Açıq dərs şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dövlət rəmzlərimizə hörmətin və milli dəyərlərimizə bağlılığın təşviqi baxımından əhəmiyyət daşıyıb.