НОВОСТИ
НОВОСТИ -
СМИ о Музее
09 Сентябрь, 2020
Tarix Muzeyində tanınmış rəssam Maral Rəhmanzadənin əsərləri qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Xalq rəssamı, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Maral Rəhmanzadənin müxtəlif janrlarda işlədiyi rəsm əsərləri saxlanılır.

Sözügedən fonddan bildirilib ki, rəsm əsərlərinə “Sabunçuda neft mədəni”, “Sumqayıt çöllərində”, “İliç buxtasında neft fontanı”, “Dənizdə neft”, “Borularla buraxılmış fontan” daxildir. Bundan başqa, fondda rəssamın “Atəşpərəstlər Suraxanıda”, “Mancanaq insanı əvəz edir”, “Vətən üçün neft”, “Bakı fasiləsiz neft verir”, “Neftlə dolu tuluqlar” və “Qazma” rəsmləri də yer alıb. Əsərlər əsasən eyni ölçüdə və hər biri litoqrafiya üslubunda işlənilib.