XƏBƏRLƏR
16 Oktyabr, 2026
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş “Xəzər dənizinin səviyyə dəyişmələri və orta əsr şəhər mədəniyyəti (sualtı arxeoloji materiallar əsasında)” mövzusuna həsr olunacaq.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova Xəzər dənizinin səviyyə dəyişmələri və sualtı arxeoloji materialların orta əsr şəhər mədəniyyətinin öyrənilməsində rolu barədə məruzə ilə çıxış edəcək.
Məşğələ arxeologiya, tarix və Xəzərin sualtı irsi ilə maraqlanan hər kəs üçün açıqdır. İştirak üçün yaş məhdudiyyəti yoxdur.
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozis...
Muzeydə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Noyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Muzey üzrə ərazi təşkilatı və Azərbaycan Maliyyə-İqtisad Kollecinin...
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...