XƏBƏRLƏR
06 May, 2022
Muzey əməkdaşları beynəlxalq konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və həmin şöbənin əməkdaşı Nigar Əhmədli Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İstitutu tərəfindən keçirilmiş "Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa" adlı beynəlxalq konfransda iştirak ediblər. Konfransda Fəridə Şəmsi "“Şuşa ili” mövzusunun AMEA Milli Azərbaycan Tarixi Muzeyində gənclərin vətənpərvərlik tərbiyəsində rolu" adlı, Nigar Əhmədli "Natəvan - 190" adlı məruzə ilə çıxış ediblər.
Məruzəçilərə verilən suallar ətraflı cavablandırılıb və sertifikatlar təqdim olunub.
Konfransın materialları Elm Tarixi Elmşünaslıq Beynəlxalq elmi-nəzəri jurnalında nəşr ediləcək.
Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılacaq
13 noyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyi tərəfindən hazırlanmış “Qazaxların ə...
Şanxay Muzeyinin nümayəndə heyəti muzeyi ziyarət edib
15 oktyabr 2026-cı il tarixində Şanxay Muzeyinin (Çin Xalq Respublikası) nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olub. Nümayəndə heyətinin ...
Azad Berlin Universitetinin doktorantı muzeydə tədqiqat aparır
Azad Berlin Universitetinin (Freie Universität Berlin) Tarixəqədərki arxeologiya institutunun (Institut für Prähistorische Archäologie) doktorantı Emi...
Vende Muzeyinin direktoru və əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər
ABŞ-ın Kaliforniya ştatının Kalver-Siti şəhərində yerləşən Vende Muzeyinin (Wende Museum) təsisçisi və icraçı direktoru Castin Cəmpol (Justinian Jampo...
Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu arasında əməkdaşlıq memorandumu imzalanıb
Sənəd iki muzey arasında elmi və peşəkar əlaqələrin inkişaf etdirilməsini, muzey işi sahəsində təcrübə mübadiləsinin aparılmasını, elmi-tədqiqat və tə...
Milli Azərbaycan Tarixi Muzeyində «Mavi Günbəzin sirri» adlı beynəlxalq sərgi açılacaq
30 sentyabr 2026-cı il tarixində Bakı şəhərində, Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey...
Muzeyin əməkdaşı beynəlxalq muzey konqresində məruzə ilə çıxış edib
18–21 may 2026-cı il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxı...
Muzeyin əməkdaşı beynəlxalq simpoziumda onlayn iştirak edib
20–21 may 2026-cı il tarixlərində Qazaxıstanın Almatı şəhərində “Türk incəsənəti, tarixi və folkloru” adlı XX Beynəlxalq Simpozium keçirilib. Simpoziu...