XƏBƏRLƏR
19 Yanvar, 2024
Muzeydə “Müstəqilliyə gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyasının “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiyası Təşkilatının təşəbbüsü ilə 1990-cı il qanlı 20 Yanvar faciəsinə həsr olunmuş “Müstəqilliyə gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Milli Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri, aparıcı elmi işçi, t.ü.f.d dosent Bəhmən Kərimov açıb və 20 yanvar faciəsinin tarixi haqqında məlumat verib. Tədqiqatçı alim B.Kərimov qeyd etdi ki, həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq bütün dünyaya bəyan edən Ümummilli Lider Heydər Əliyev oldu. Sonra 20 Yanvar Azərbaycan Respublikası Ali İstintaq komissiyasının keçmiş üzvü, İqtisadiyyat üzrə fəlsəfə doktoru, müstəqil tədqiqatçı Lütfiyar Nəsibov, 20 Yanvar şahidləri- Mübariz İsmayılov, Sahib Əlizadə, Şahin İmaməliyev, “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiyası Təşkilatının nümayəndələri- Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, həmin şöbənin əməkdaşları, təşkilatın sədr müavini Pərvanə Əzimova və Gülnar Fərhadova 20 Yanvar faicəsi haqqında ətraflı məlumat veriblər. Sonda xatirə fotosu çəkilib.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...