XƏBƏRLƏR
26 Fevral, 2024
Muzeydə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Müharibə uşaqları...” adlı tədbir keçirilib. Tədbirdə Sabunçu rayonu 67 saylı tam orta məktəbin müəllim və şagirdləri, muzeyin əməkdaşları iştirak edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra muzeyin İnnovasiya və təhsil proqramları şöbəsinin əməkdaşı Aynur Babayeva iştirakçılara fotoslaydın müşayiəti ilə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. A.Babayeva çıxışında vurğulayıb ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyası tərəfindən 2014-cü ildə çəkilmiş Xocalı soyqırımına həsr olunan “Müharibə uşaqları...” adlı sənədli film nümayiş olunub (rejissor və ssenari müəlliflər- Şamil Nəcəfzadə, Sara Oğuz Nəzirova). Böyük maraqla izlənən filmin nümayişindən sonra şagirdlər soyqırımla bağlı şeirlər səsləndirib.
Tədbirdə Sabunçu rayonu 67 saylı tam orta məktəbin direktor müavini Azad Kələşov çıxış edərək, muzeyin rəhbərliyinə və tədbirin təşkilatçılarına belə maarifləndirici tədbirin keçirilməsinə görə öz dərin minnətdarlığını bildirib.
Tədbirin ikinci hissəsində şagirdlər arasında “Xocalı” yazısı ətrafında intellektual tapşırıq yerinə yetirilib və hər bir iştirakçı soyqırıma aid ilk düşündüyü fikri yazıb.
Sonda iştirakçılara H.Z.Tağıyevin ev-muzeyində ekskursiya aparılıb.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...