XƏBƏRLƏR
29 Mart, 2024
Muzeydə Vətən Müharibəsi şəhidi Əfqan Nəsirovun doğum gününə həsr olunmuş tədbir keçirilib
29 mart 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi şəhidi Əfqan Ramil oğlu Nəsirovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov şəhid Əfqan Nəsirovun həyatı və döyüş yolu haqqında fotoslaydın müşayiəti ilə çıxış edib. Ş.Mövsümov çıxışında Əfqan Nəsirovun muzeydə qorunan şəxsi əşyaları və sənədləri barədə ətraflı məlumat verib.
Sonra şəhid Əfqan Nəsirovun anası Kəmalə Nəsirova, şəhid Kamran Qasımovun anası Nailə Qasımova, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Emin Şamilovun anası Validə Şamilova, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin giziri, qazi Rüstəm İsmayılov və “Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin sədri Ülviyyə Əsədova bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirərək tədbir təşkilatçılarına təşəkkürünü bildirib.
Tədbirin yekununda qonaqlar şəhid Əfqan Nəsirova məxsus muzeydə qorunan materiallarla əyani tanış olub.
Sonda tədbir iştirakçıları H.Z.Tağıyevin ev-muzeyinə ziyarət edib və xatirə fotosu çəkilib.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...