XƏBƏRLƏR
08 May, 2024
Muzeydə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
8 may 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədri, muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Kərimovun “Müstəqil Azərbaycanın qurucusu və memarı”, muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirovanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadənin “Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycanın mədəni tarixi irsinin bərpası və qorunması”, sözügedən təşkilatın sədr müavini Pərvanə Əzimovanın “Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir”, Fondların elmi uçotu və təsnifatı şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədovanın “Heydər Əliyev Fondunda nümayiş edilən numizmatik materiallar”, muzeyin Vətən müharibəsi fondunun mütəxəssisi Gülnar Fərhadovanın "Azərbaycan xalqının ümummilli lideri - Heydər Əliyev" adlı məruzələrində xalqın unudulmaz lideri Heydər Əliyevin ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətləri barədə ətraflı məlumat verilib.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...