XƏBƏRLƏR
25 Sentyabr, 2025
Muzeydə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının üzvləri, muzey əməkdaşları və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışıb. Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov və Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək, Vətən Müharibəsinin tarixi əhəmiyyətini və əldə olunan qələbələrimizi vurğulayıblar.
Tədbirdə, həmçinin Vətən Müharibəsi şəhidi çavuş Elşən Müslümovun anası Şövqiyyə Müslümova, qazi Radif Mustafayev, şəhid çavuş Səid Cəfərovun bacısı Aygün Cəfərova, şəhid gizir Fəqan Zalovun qardaşı, qazi Nicat Zalov, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, şəhid Həmidağa Hüseynzadənin atası Bağı Hüseynov çıxış ediblər.
Sonda YAP Səbail rayon təşkilatının üzvləri Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin daim uca tutulmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıblar.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...