XƏBƏRLƏR
18 May, 2026
“Muzeylər və təhsil inteqrasiyasında mədəni irs” adlı elmi seminar keçirilib
18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər və təhsil inteqrasiyasında mədəni irs” adlı elmi seminar keçirilib. Milli Azərbaycan Tarixi Muzeyi və Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən seminarda universitetin müəllimləri, tələbələri və muzey əməkdaşları iştirak ediblər. Seminarı giriş sözü ilə muzeyin direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov açaraq, mədəni irsin öyrənilməsində muzeylərin rolundan danışıb.
Daha sonra Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekan müavini, dosent Aygün Qədirova çıxış edərək, muzey və universitet əməkdaşlığının tələbələrin elmi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Seminarda Muzeyin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev “Arxeoloji irs; tarixin tədqiqi muzey kontekstində”, Humanitar fənlər kafedrasının baş müəllimi, t.ü.f.d. Vüsalə Mövlayeva “Muzey pedaqogikası: interaktiv təlim üçün yeni imkanlar”, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aidə İsmayılova “Arxeoloji artefaktın muzey mühitində semantik rekonstruksiyası: maddi mədəniyyət nümunələrinin mənbəşünaslıq şərhi (interpretasiyası)”, Humanitar fənlər kafedrasının baş müəllimi, fil.ü.f.d. Səadət Ağakişiyeva “Muzeylərdə ədəbi irsin qorunması və milli yaddaşın formalaşdırılmasında rolu” və Tarixin tədrisi metodikası ixtisasının magistrantı İlahə İbrahimova “Universitet-muzey əməkdaşlığı: onlayn ekskursiyalar və muzey mütəxəssislərinin ustad dərslərinin tələbələrin mədəni dünyagörüşünün formalaşmasına təsiri” mövzusunda çıxış ediblər. Məruzələr slayd təqdimatları ilə müşayiət olunub.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı şəkildə cavablandırılıb. Sonda qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
Muzeyin nəşrləri 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında hazırlanmış elmi nəşrlər 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur. Sərgidə...
Muzeydə Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
20 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xalçaşünas alim, sənətşünas, pedaqoq və Xalq rəssamı Lətif Kərimovun 120 il...
Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un tədbiri keçiriləcək
23 oktyabr 2026-cı il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinin kiçik akt zalında “Arxeo klub”un növbəti məşğələsi keçiriləcək. Görüş ...
Muzeydə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və Müstəqilliyin Bərpası Gününə hərs olunmuş tədbir keçirilib
16 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə tədbir ke...
Milli Azərbaycan Tarixi Muzeyində maarifləndirici təlim keçirilib
15 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq” (GUIDE) İctimai Birliyinin təşəbbü...
Milli Azərbaycan Tarixi Muzeyində “Mavi Günbəzin sirri” beynəlxalq sərgisinin açılışı keçirilib
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tə...
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər
30 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq...
Milli Azərbaycan Tarixi Muzeyində Anım Gününə həsr olunmuş tədbir keçirilib
25 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. ...