2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur.
Bu əlamətdar yubiley münasibətilə 2026-cı il 20 oktyabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Lətif Kərimov və Azərbaycan xalça sənətinin elmi tədqiqi” adlı elmi seminar keçiriləcək.
Azərbaycan xalça sənətinin öyrənilməsi, sistemləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində mühüm xidmətləri olan Lətif Kərimovun zəngin elmi və yaradıcılıq irsinin araşdırılması seminarın əsas məqsədini təşkil edir. Tədbir çərçivəsində görkəmli sənətkarın Azərbaycan xalçaçılıq sənətinin inkişafına verdiyi töhfələr, xalçaların təsnifatı və ornamentlərinin tədqiqi sahəsindəki fəaliyyəti, eləcə də milli-mədəni irsin qorunmasındakı rolu müzakirə olunacaq.