23 oktyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində “Arxeo klub”un növbəti məşğələsi keçirilib. Görüş Xəzər dənizinin səviyyə dəyişmələrinin orta əsr şəhərlərinin inkişafına təsiri və su altında qalmış tarixi izlərin arxeoloji tədqiqinə həsr olunub.
Muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aida İsmayılova “Xəzər dənizinin səviyyə dəyişmələri və orta əsr şəhər mədəniyyəti: sualtı arxeoloji materiallar əsasında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dəniz səviyyəsinin dəyişməsinin sahil yaşayış məskənlərinə və şəhər mühitinə təsiri, eləcə də sualtı arxeoloji materialların tarixi proseslərin öyrənilməsində əhəmiyyəti araşdırılıb.
Məşğələ zamanı sualtı arxeoloji tapıntıların orta əsr şəhər mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətli mənbə olduğu vurğulanıb. İştirakçılar tarixi irsin tədqiqində sualtı arxeologiyanın imkanları ilə tanış olub, mövzu ətrafında müzakirələr aparıblar.
Görüş arxeologiyaya və Xəzərin sualtı mədəni irsinə marağın artırılması baxımından əhəmiyyət daşıyıb. Sonda iştirakçıların sualları cavablandırılıb.
İsmayıllı rayonunun Basqal qəsəbəsi və Sulut kəndində görkəmli Azərbaycan arxeoloqu, tarix elmləri namizədi Fazil Osmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş “Tarixi yerlər və abidələr” VI Beynəlxalq Sulut Simpoziumu keçirilib.