Qars Qafqaz Universitetinin təşkilatçılığı, Xəzər Universitetinin ev sahibliyi ilə 29 aprel 2026-cı il tarixində Bakıda keçirilmiş “I. Uluslararası Türk Dünyasında Kültür ve Değerlerin İzleri” (I Beynəlxalq “Türk dünyasında mədəniyyət və dəyərlərin izləri”) adlı simpoziumun məruzələr kitabı nəşr edilib.
Kitabda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı t.ü.f.d, Fatma Qəniyevanın “Azərbaycanda mədəni kimliyin qorunması qloballaşma kontekstində” adlı məruzəsi dərc olunub.
Məruzədə qloballaşma proseslərinin Azərbaycan cəmiyyətinin milli-mədəni identikliyinə təsiri və bu şəraitdə mədəni kimliyin qorunması mexanizmləri araşdırılıb. Tədqiqatın əsas diqqət mərkəzində milli kimliyin mühüm komponentləri olan dil, milli-mənəvi dəyərlər, adət-ənənələr, folklor, musiqi, ədəbiyyat, tarixi-mədəni irs və digər mədəni elementlərin qloballaşma şəraitində transformasiyası dayanır.
Məqalədə Azərbaycan xalqının mədəni kimliyinin qorunmasında ənənəvi dəyərlərin rolu, onların müasir dövrdə yaşadılması və nəsillər arasında varisliyin təmin olunması məsələləri elmi baxımdan təhlil edilib.