XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
20 Noyabr, 2026
Muzeyin əməkdaşları YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbirdə təltif ediliblər

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 34-cü ildönümü münasibətilə Beynəlxalq Muğam Mərkəzində YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində YAP Səbail rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəallığı ilə fərqlənən partiya üzvləri mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – YAP Səbail rayon təşkilatının “H.Z. Tağıyev 4” ərazi təşkilatının sədr müavini Pərvanə Əzimova və partiya üzvü Gülnar Fərhadova partiyanın fəaliyyətində fəal iştiraklarına və ictimai-siyasi həyatda göstərdikləri xidmətlərə görə Fəxri fərmanla təltif olunublar.

Muzey əməkdaşlarının təltif edilməsi onların ictimai-siyasi fəaliyyətinə verilən qiymətin ifadəsidir.

Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi Pərvanə Əzimovanı və Gülnar Fərhadovanı təltif olunmaları münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayır.