Muzeyin nəşrləri
“Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri
“Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri

Təqdim olunan kitab-albom Azərbaycan Demokrat Firqəsi- nin (ADF) 1947-1949-cu illərdə Bakıda əski əlifba ilə nəşr olun- muş “Azərbaycan” qəzetində yer almış fotoşəkillər, məqalələr və karikaturalar əsasında hazırlanmışdır. Qəzetin 1947-1949- cu il nömrələri Azərbaycan Demokrat Firqəsinin qurucusu S.C.Pişəvəridən sonrakı rəhbəri S.Badeganın (ADF-nin ikinci sədri...) ümumi rəhbərliyi altında, Əli Şəmidənin redaktorlu- ğu ilə (İsmayılov. 21 Azər hərəkatının sərhəng...; Fərhadov, 2024, s.9) nəşr olunmuşdur. Qəzetdə 1945-ci ildə “21 Azər” hərəkatının başlaması nəti- cəsində S.C.Pişəvəri tərəfindən ADF-nin və Milli Hökumətin yaradılması və şah rejiminə qarşı mübarizə təqdim və təhlil edən müxtəlif məzmunlu məqalələrlə yanaşı məşrutə qəhrə- manları - Səttarxan, Şeyx Məhəmməd Xiyabani və filosof Tağı Ərani kimi məşhur ictimai-siyasi xadimləri, ADF-nin Firidun İbrahimi, Mir Əyyub Şəkiba, Dadaş Tağızadə və s. görkəmli üzvlərini əks etdirən fotoşəkillər yer alır.

Kitab haqqında
Adı:
“Azərbaycan” qəzetində (1947-1949) rəsm nümunələri
Müəllif(lər):
Əli Fərhadov