Muzeyin tarixi

Muzey binasının tarixi
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.

Muzeyin tarixi
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi və mənəvi mədəniyyət abidələrinin toplanılması, öyrənilməsi, nümayişi və təbliği ilə məşğul olan elmi tədqiqat və mədəni-maarif müəssisəsidir.

Hacı Zeynalabdin Tağıyevin ev muzeyi
2007-ci ildə Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradıldı.