
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir.
İ.Qoslavski 1891-ci ildə Bakıda tikilən Aleksandr Nevski kilsəsinin inşasına nəzarət üzrə mütəxəssis qismində Bakıya ezam olunmuşdu. İ.Qoslavski 1893-1904-cü illərdə şəhərin baş memarı vəzifəsini tutub. Onun müəllifliyi ilə Bakıda memarlıq cəhətdən gözəl olan on iki bina tikilib. H. Z. A. Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa olunub. Nəhəng günbəzlərlə tamamlanan bu üç mərtəbəli sarayın bir tərəfi Baryatinski (indi Ə.Əlizadə), digərləri Polis (indi Y. Məmmədəliyev), Merkuri (indi Z. Əliyeva), fasadı isə Qorçakov (indi H. Z. A.Tağıyev) küçələrinə baxırdı. Otaqların iki sıralı tikilişi sarayın daxili həllinin əsasını təşkil edir.
İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki aralı mərmər pilləkənləri olan ön hissəsi Qərbə baxır. İkinci mərtəbənin anfiladasında nəbati naxışlı pilyastrlarla bəzədilmiş Avropa zalı yerləşirdi. Şərq zalı isə özünün əzəməti, ornamentlərin təmtəraq və zərifliyi ilə fərqlənirdi. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilmişdi. H.Z.Tağıyevin kabineti, yemək, qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilmişdir. Hacının həyat yoldaşı Sona xanımın öz orijinallığı ilə seçilən buduarının - kiçik qonaq otağının tavanı fiqurlu güzgülü lövhəciklərdən yığılmışdı.
Tağıyev sarayının inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışmışdı. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. İmarət hər dörd tərəfdən üç mərtəbədən idi, otaqların hər birisinin ucalığı 1320 metrə çatırdı. Sarayın sütunları almaz və rəngli güzgülü şüşələrlə bəzədilmiş, yeri Rusiyadan gətirilmiş təbii rəngli ağcaqayın taxtalardan döşənmişdi. Təkcə binanın tikintisinə (xaricdən gətirilən mebel və avadanlıq nəzərə alınmasa) 1,2 milyon rubl vəsait xərclənmişdi.
Aşağı mərtəbədə H. Z. Tağıyevin kontoru və bir sıra başqa otaqlar, ikinci mərtəbədə isə yaşayış otaqları, kabinet və iki zal - Avropa və Şərq zalları, eləcə də iki seyf otağı, təmizlik otaqları, mətbəx, hamam və s. yerləşirdi. Y. Məmmədəliyev küçəsinə ayrıca çıxışı olan üçüncü mərtəbə 16 otaqdan ibarətdir. 1914-cü ildən sarayda H. Z. Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da yerləşirdi.
1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti almış bolşeviklər Tağıyev sarayını müsadirə etmiş, onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı. 1941-1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı. Birinci mərtəbədə isə Texniki və tibbi sənədlər arxivi yerləşdirildi. Yalnız 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi.
Tağıyev sarayı bir neçə dəfə rekonstruksiyaya məruz qalmışdı. XX əsrin ortalarında aparılan təmir zamanı güzgülü otaqdakı şəkillər “burjua qalığı” kimi məhv edilmiş və üzərindən yeni suvaq çəkilmişdir. 2000-ci ildə cari təmir zamanı suvağın altında həmin divar rəsmləri aşkar edilmişdir. Üstündən dörd dəfə rəng vurulmasına baxmayaraq, rəsmlər əvvəlki təravətini itirməmişlər.
2005-ci ildən Tağıyev sarayında əsaslı təmir və bərpa işləri başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində H.Z.Tağıyevin xatirə muzeyi də yaradıldı.
Direktor
Tel.
Faks
| Akademik Nailə Vəlixanlı
(+994 12) 4932387
(+994 12) 4985211
|
Elmi işlər üzrə- | t.ü.e.d. dos. Nərgiz Əliyeva | |
Tel. | (+994 12) 5981740 | |
Elmi fond işləri üzrə- | t.ü.f.d., dos., baş mühafiz Məhfuzə Zeynalova | |
Tel. | (+994 12) 4986714 | |
Ümumi işlər üzrə- | Əliməmməd Məhərrəmov | |
Tel. | (+994 12) 5984809 | |
Ekspozisiyanın təhlükəsizliyi üzrə - | t.ü.f.d., dos., ekspozisiya müdiri Həbibə Əliyeva | |
Tel. | (+994 12) 4939743 | |
Elmi katib
Tel.
| t.ü.f.d., dos. Fərhad Cabbarov
(+994 12) 5981739
|
Tel. | (+994 12) 4931788 | |
Elektron poçtu | aztarmuzey@azhistorymuseum.az | |
Struktur bölmənin rəhbəri |
t.ü.f.d., dosent Səbuhi Əhməd oğlu Əhmədov | |
Əsas fəaliyyət istiqamətləri |
Azərbaycanın Qədim və Orta əsrlər, Yeni və Ən yeni dövrlərinə aid tarixi abidələrin, maddi mədəniyyət materiallarının toplanması, elmi tədqiqi, təbliği, ekspozisiyada və sərgilərdə nümayişi. | |
Tel. | (+994 12) 5981746 | |
Struktur bölmənin rəhbəri | Bəxtiyar Sahib oğlu Sayılov Tarix üzrə fəlsəfə doktoru | |
Əsas fəaliyyət istiqamətləri | Təhsil müəssisələri ilə əlaqələrin qurulması, ekspozisiya və sərgilər üzrə ekskursiyaların hazırlanması və aparılması | |
Struktur bölmənin rəhbəri
Tel.
| Fəridə Şəmsi
(+994 12) 493 11 34
|
Emin Dadaşov
Tel:(+994 12) 598 17 41
Nasir Quluzadə
Tel:(+994 12) 598 17 42
Tel. | (+994 12) 5981734 | |
Struktur bölmənin rəhbəri | Tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli | |
Əsas fəaliyyət istiqamətləri | Numizmatik və epiqrafik materialların toplanması, mühafizəsi, elmi tədqiqi, ekspozisiyada və sərgilərdə nümayişi | |
Gülzadə Abdulova
Tel:(+994 12) 493 28 80
Rəna Səfərova
Tel:(+994 12) 493 63 22
Sevinc Vahabova
Tel:(+994 12)
Esmira Rəhimova
Tel: (+994 12) 493 64 22
Afət Kərimova
Tel:(+994 12) 493 63 22
t.ü.f.d. dos. Afət Rüstəmbəyova
t.ü.f.d., dos. Sənubər Qasımova
Nardanə Yusifova
Tel: (+994 12)
Mehriban Mehdiyeva
Raisə Əmirbəyova
Tel: (+994 12) 493 83 08
Gülşən Əliyeva
Tel: (+994 12) 598 17 45
t.ü.f.d. dos. Afət Rüstəmbəyova
Tel:(+994 12) 598 17 38, 598 17 41
İradə Qasımova
Tel:(+994 12) 493 15 87
Kitabxana 1920-ci ildən Azərbaycan Tarixi Muzeyinin nəzdində fəaliyyət göstərir. Muzeyi təşkil edən şəxslər yeni yaranan kitabxanaya Azərbaycan tarixinə aid ədəbiyyat əldə etmək üçün ziyalılara müraciət etmişlər. Kitabxanaya ilk daxil olan əsərlər numizmatika və epiqrafikaya aid kitablar olmuşdur. Kitabxananın nəzdində oxu zalı da fəaliyyət göstərirdi. Kitabxana fondunu zənginləşdirən mənbələrdən biri də şəxsi kolleksiyalardan toplanan, satın alınan və bağışlanan, Sankt-Peterburqda, Moskvada, Azərbaycan tarixinə aid toplanan kitab, jurnal və qəzetlər idi. İldən-ilə artan kitabxananın fondu 1936-cı ildə 4700 ədəd təşkil edirdisə, 1943-cü ildə onun sayı 30 minə çatdı. Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının yaranmasında və zənginləşməsində Y. Paxomov, İ. Cəfərzadə, M. Salamov, S. Qazıyev, V. Leviatov, M. Qazıyev, Z. Yampolskiy, Z. Bünyadov kimi alimlərin böyük rolu olmuşdur. Hazırda kitabxana fondunun ümumi həcmi 84534 nüsxə, onlardan 59832 ədəd kitab, 12000 jurnal və 12702 ədəd digər material təşkil edir. Kitabxanada 7 fond fəaliyyət göstərir: Azərbaycan, rus, Qərbi Avropa, erməni dillərində olan kitablar, nadir kitablar, avtoreferatlar, 1917-ci ilə qədərki dövrü mətbuat fondları.