Kolleksiyalar və incilər
Bərpa laboratoriyası
Muzey eksponatlarının bərpası Azərbaycan Tarixi Muzeyinin yarandığı vaxtdan həyata keçirilirdi. İlk əvvəl bərpa və konservasiya işləri əsasən arxeloji tapıntılar üzərində aparılırdı. Lakin muzeyin kolleksiyası müxtəlif eksponatlarla zənginləşdikcə, digər sahələr üzrə ixtisaslaşmış bərpaçı-mütəxəssislərin cəlb olunmasına zərurət yaranırdı. Laboratoriya əməkdaşlarının əksəriyyəti çoxillik bərpaçılıq təcrübəsinə və təhsilə malikdirlər. Hal-hazırda laboratoriyanın metal, keramika, ağac, tekstil (xalça və tikmə), boyakarlıq və qrafika üzrə ixtisaslaşmış 13 əməkdaşı var. Peşə səviyyələrini artırmaq üçün laboratoriya əməkdaşları mütəmadi olaraq bərpa və konservasiya məsələlərinə aid müxtəlif yeni nəşrlərə müraciət edir, qabaqcıl üsulları öz işlərində tətbiq edirlər. Laboratoriyanın fəaliyyəti 2010-cu ildə Muzeydə keçirilmiş “Muzey eksponatlarının ikinci həyatı” adlı sərgidə təqdim olunmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyası


Etnoqrafiya fondu
Üzəngi- atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Xüsusi fond
Xüsusi Fond
Xüsusi fond
Qacar dövrünə aid süjetli gümüş badə


Etnoqrafiya fondu
Muzey


Qədim daş dövrünə aid çaxmaqdaşından əmək aləti