Muzeyin nəşrləri
Elmin qızıl fondu - 60
Elmin qızıl fondu - 60
Elmin qızıl fondu - 60. Kataloq. Bakı, "Elm", 2004. 222 s.
"Elmin qızıl fondu" - Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərin muzeyimizdə qorunan kolleksiyalarını (sənədləri, fotoşəkilləri, şəxsi əşyaları, mükafatları və s.) əhatə edən kataloq belə adlanır. Uzun illər ərzində toplanan bu qiymətli kolleksiyaya daxil olan materiallar öz xarakter və həcmlərinə görə fərqlənsələr də onların hər birinin özünəməxsus yeri, çəkisi var: çünki kolleksiyadakı hətta kiçik bir sənədin arxasında öz parlaq istedadı ilə Azərbaycan elmini zənginləşdirən şəxsiyyət durur. Həmin şəxsiyyətlərdən çoxunun adı 1945-ci ilin yazında həyata vəsiqə almış Azərbaycan Elmlər Akademiyasının yaranışı ilə birbaşa bağlıdır.
Kitab haqqında
Adı:
Elmin qızıl fondu - 60
Müəllif(lər):
Zərifə Dulayeva, Lüdmila Şalamova, Səlminaz Zeynalova, Rəna Səfərova, Sevil Qaziyeva, Məhfuzə Zeynalova, Fikrət Bağırov, İnarə Ismayılova. Elmi redaktor: akademik Nailə Vəlixanlı