Muzeyin nəşrləri
Mirzə Fətəli Axundzadə - 200
Mirzə Fətəli Axundzadə - 200

Mirzə Fətəli Axundzadə - 200. Kataloq, Bakı, 2012, 56 s.

Muzeyin fondlarında Axundazadənin özü və nəslinin həyat və fəaliyyətini öyrənməyə və geniş ictimaiyyətə çatdırmağa imkan verən 92 saxlama vahidi mühafizə olunur. İndiyənədək çap olunmayan fotoşəkillər və sənədlər, Axundzadənin müəllifi olduğu tamaşaların afişaları, onun nadir, elmi və geniş ictimaiyyətə məlum olmayan portretləri, yubileylər münasibətilə buraxılmış xatirə medalları, Mirzə Fətəliyə məxsus olmuş məişət əşyaları bu dahi şəxsiyyətin həyat və fəaliyyətinin yeni-yeni səhifələrini göstərməklə bərabər XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan ziyalısının məişətini təsəvvür etməyə imkan verir.

Kitab haqqında
Adı:
Mirzə Fətəli Axundzadə - 200
Müəllif(lər):
Zərifə Dulayeva, Abdulova Gülzadə, Fikrət Bağırov. Elmi redaktor: akademik Nailə Vəlixanlı