Muzeyin nəşrləri
Xəzər atlantidası yadigarları
Xəzər atlantidası yadigarları

Xəzər atlantidası yadıgarları. "Elm və təhsil", 2020, 28 s.

1968-ci ildə Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatların həyata keçirilməsi məqsədilə sualtı arxeoloji ekspedisiya təşkil olunmuşdu. 

Bu ekspedisiyaya rəhbərlik Milli Azərbaycan Tarixi Muzeyinin elmi əməkdaşı, arxeoloq Viktor Aleksandroviç Kvaçidzeyə həvalə edilmişdir. Tədqiqatlar Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitunun "Bakuvi", "Akademik Mirqasımov" və Bakı dənizçilik məktəbinin "Volodya Dubinin" gəmiləri vasitəsilə aparılmışdır.

Ekspedisiya 1969-1987-ci illər ərzində Xəzər akvatoriyasında genişmiqyaslı kəşfiyyat və qazıntı səciyyəli axtarışlar aparmış, xeyli sayda maddi mədəniyyət nümunəsi tapmışdır. Həmin nümunələr I Bəndovan, II Bəndovan, Səngi Muğan, Köhnə Bilgəh və digər Xəzərsahili abidələrin-Xəzər Atlantidasının yadıgarlarıdır.

Kitab haqqında
Adı:
Xəzər atlantidası yadigarları
Müəllif(lər):
Nasir Quluzadə, Elmi redaktor: akademik Nailə Vəlixanlı