Muzeyin nəşrləri
Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı yeni kataloqu
Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı yeni kataloqu

Kataloqun elmi redaktoru muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, müəllifi isə Köməkçi tarixi fənn materialları fondunun müdiri, t.ü.f.d., dosent Sənubər Qasımovadır (Bakı: “Təhsil”, 2022, 32 səh.).

Xatirə medalları tarixi yaddaşı qoruyan, tarixi hadisələri metal salnamədə əks etdirən qiymətli mənbədir. Tanınmış şairlərin, yazıçıların, alimlərin, siyasətçilərin, bəstəkarların, rassamların yubileylərinə həsr olunan medallar medalyerlərin yüksək ustalığı nəticəsində yaranmış əsl incəsənət nümunələridir. Bu kataloqda muzeyin Köməkçi tarixi fənn materialları fondunun zəngin kolleksiyasında qorunan və Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan xatirə medalları təqdim edilir. Həmçinin, qeyd olunur ki, XX əsrin ikinci yarısında portret janrı medalyer sənətində əsas yer tuturdu. İlk vaxtlarda portretlər üzərində işləyərkən ənənəvi akademik yapma uslubuna üstünlük verilirdi. Kataloqda yer alan eksponatların fotolarından da göründüyü kimi Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretlərini yaradan medalyerlər Şərq incəsənətinə xas olan motivlərdən yararlanaraq, personajların mənəvi dünyasını dərindən, bütün incəlikləri ilə verməyi bacarmışlar.

Kitab haqqında
Adı:
Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı yeni kataloqu
Müəllif(lər):
T.ü.f.d., dosent Sənubər Qasımova