Nərgiz Əliyeva “Omonimlər lüğəti”ndə Qafqaz və Azərbaycan. Bakı, “Elm və təhsil” 2022, 76 səh.
Yaqut əl-Həməvinin “Kitab əl-müştərik vad`an va-l-muftariq suk`an” (“For- masına görə müştərək, yerinə görə fərqlənən adlar kitabı”) əsəri orta əsrlər Xi- lafətinin digər bölgələri kimi Qafqaza və Azərbaycana aid olan toponimlərlə zən- gindir. Onomastika elmi üçün böyük əhəmiyyəti olan bu əsərdə müxtəlif ərazilərdə verilən eyniadlı toponimlərin fərqli cəhətlərinin göstərilməsi ilə dəqiqləşdirilməsi orta əsr vilayət, şəhər, kənd və digər yaşayış yerlərinin lokalizə edilməsində ta- rixçi və coğrafiyaşünasların mümkün şübhələrini aradan qaldırmağa kömək edir. Əsərdə görkəmli şəxsiyyətlərin eyniadlı yerlərdən hansına mənsub olmasına aid məlumatların da verilməsi bölgənin mədəni həyatında rolu olmuş bu ziyalıların həyat və yaradıcılığının öyrənilməsi üçün də xüsusi maraq doğurur.