Muzeyin inciləri
İlk SSRİ gerbi təsvirli xalça
İlk SSRİ gerbi təsvirli xalça

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında SSRİ-nin ilk gerbinin təsvir edildiyi 78x73 sm ölçüsündə xalça mühafizə olunur. Gerbin yuxarısında beşguşəli ulduz,mərkəzində üzərində oraq və çəkic əks olunmuş Yer kürəsi, sağ və sol tərəflərdə isə sünbüllər təsvir edilmişdir. Sünbüllərə sarınmış qırmızı lent üzərində altı dildə (rus, ukrayna, belarus, Azərbaycan, gürcü,erməni) “Bütün ölkələrin proletarları,birləşin!” sözləri yazılmışdır.

Eksponat haqqında məlumat
Adı:
İlk SSRİ gerbi təsvirli xalça
Dövr:
1922-ci il
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
EF 4015