Muzeyin inciləri
Keçədən hazırlanmış yapıncı
Keçədən hazırlanmış yapıncı

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda keçədən hazırlanmış yapıncı saxlanılır (İnv.6501). Yapıncı vaxtilə Qarabağın məşhur Sultanovlar nəslindən olan, Azərbaycanın ilk ali təhsilli hərbi həkimlərindən biri Cabbar İldırıma məxsusdur. Cabbar bəy İldırım bəyin, o, isə öz növbəsində Cabbar bəyin oğludur. İldırım bəy Sultanov 1905-1907-ci illərdə müsəlman əhalini daşnak quldurlarından qorumuş xalq qəhrəmanlarından biri olmuşdur. Babası Cabbar bəyin adını daşıyan alim-həkim Cabbar İldırımın bir sıra çap olunmuş əsərləri vardır. Onlardan biri də 1924-cü ildə Bakıda çap olunmuş "Azərbaycanda malyariya və onunla mübarizə tədbirləri" kitabıdır. MATM-də belə bir görkəmli həkimə məxsus yapıncının mühafizə olunması Muzeyin etnoqrafik kolleksiyasını daha da zənginləşdirir.

Eksponat haqqında məlumat
Adı:
Keçədən hazırlanmış yapıncı
Dövr:
Tapıldığı yer:
Ölçüləri:
İnventar nömrəsi:
EF 6501