Muzeyin inciləri
Şəki xanı Məhəmmədhüseyn ağanın beşiyi
Şəki xanı Məhəmmədhüseyn ağanın beşiyi

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafıya fondunda qorunan ağacişləmə sənətinə aid çoxsaylı məmulatdan (qaşıq, qələmdan, podnos, mücrü və s.) biri üçüncü Şəki xanı Məhəmmədhüseyn xana (?-1780) məxsus beşik Azərbaycanda ağacişləmə sənətinin XVIII əsrin ortalarına aid ən gözəl nümunələrindəndir. Altı ədəd yonma üsulu ilə hazırlanmış ayaqlar üzərində dayanan beşiyin yatacaq hissəsi oval formalıdır; üst hissəsi millər vasitəsi ilə ona birləşdirilmişdir. Beşiyi yatacaq hissəyə dirək vasitəsilə birləşdirən dəstəyi isə oturacağa dayanmış və baş hissəsi fiqurlu elementə bərkidilmişdir. Yüksək sənətkarlıqla hazırlanmış bu beşiyin üzərinə qaxma üsulu ilə sədəf, metal tel və fil sümüyündən naxışlar bərkidilmişdir. Bu naxışlar ürək, yarpaq və üçbucaq formasındadır. Beşik 2008-2009-cu illərdə qədim musiqi alətlərinin bilicisi Məcnun Kərimov tərəfindən bərpa edilmişdir.

Eksponat haqqında məlumat
Adı:
Şəki xanı Məhəmmədhüseyn ağanın beşiyi
Dövr:
XVIII əsrin ortaları
Tapıldığı yer:
Şəki
Ölçüləri:
İnventar nömrəsi:
EF 2682