Muzeyin inciləri
Giqantolit

Milli Azərbaycan Tarixi Muzeyinin çoxsaylı arxeoloji kolleksiyasında çoxtəbəqəli Azıx paleolit düşərgəsinin bütün təbəqələrində tapılmış daş məmulatı qorunur. Bunların arasında 1974-cü ildə mərhum arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi Paleolit arxeoloji ekspedisiyasının Azıx mağarasının VIII təbəqəsində aşkar etdiyi 3 ədəd 4-5 kq ağırlığında nəhəng daş alətlər dıqqəti daha çox cəlb edir. Bu cür alətlər şərti olaraq giqantolit (yəni çox böyük daş) və ya çoppinq-giqantolit adlandırılır. Hazırda bu daşlardan biri Muzeyin arxeologiya fondunda mühafizə olunur. Azıx düşərgəsinin ən aşağı təbəqələrindən tapılmış çoppinq tipli bu maraqlı və nadir əmək aləti mağara sakinlərinin iki əllə yaxşı tutub istifadə etdikləri ilk alətlərdəndir.

Eksponat haqqında məlumat
Adı:
Giqantolit
Dövr:
Paleolit
Tapıldığı yer:
Azıx mağarası (Xocavənd rayonu)
Ölçüləri:
4-5 kg
İnventar nömrəsi:
AF 21573