Muzeyin inciləri
Kərgədan kəlləsi
Kərgədan kəlləsi

Milli Azərbaycan Tarixi Muzeyində Binəqədi qır gölünün hələ 1938-ci ildə aşkar olunmuş ilk tapıntılarından biri – dünya paleontologiya elmində “Binəqədi kərgədanı” adı ilə məşhur olan kərgədanın kəlləsi saxlanılır. Bu qalıqlar tamamilə təzə bir növə, Azərbaycanda orta pleystosen dövründə çox olan, hazırda Afrikanın Savanna və çöl landşaftlarında yaşayan kərgədan növünə yaxın olan Stephanorhinus növünə mənsubdur.

Eksponat haqqında məlumat
Adı:
Kərgədan kəlləsi
Dövr:
Son buz dövrü
Tapıldığı yer:
Binəqədi gölü (Bakı)
Ölçüləri:
İnventar nömrəsi:
AF 27234