Katex dəfinəsi Səfəvilərin pul təsərrüfatını açıqlayır. 1969-cu ildə Balakən rayonunun Katex kəndində aşkarlanmış 91 ədəd gümüş sikkədənibarət dəfinə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunur (NF33245 - 33335). Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Səfəvi hökmdarları - ISüleyman (1079 – 1105 = 1668 - 1693), Sultan Hüseyn (1105 – 1135 = 1693 - 1722), IITəhmasib (1135 – 1145 = 1722 – 1732) və Osmanlı sultanı – III Əhməd (1115 – 1143 = 1703 -1730) hakimiyyəti dövründə müxtəlif zərbxanalarda (Naxçıvan, Gəncə, İrəvan, Tiflis, Təbriz,Qəzvin, Rəşt, Huveyza, İsfəhan) istehsal edilmiş gümüş sikkələr müəyyən edilmişdir.Bu sikkə dəfinəsi XVII əsrin II yarısı – XVIII əsrin əvvəllində Azərbaycanın sosial-ictimaivə iqtisadi vəziyyəti barədə məlumat toplamağa yardım edən dəyərli faktiki tapıntıdır.