Muzeyin inciləri
Mis qazan

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsində Azərbaycan misgərlərinin 80-ə yaxın növdə hazırladıqları müxtəlif mis qab nümunələri saxlanılır. Əksəriyyəti incə zövq və yüksək sənətkarlıqla nəbati və həndəsi naxışlarla bəzədilmiş, üstü kufi və nəsx xəttlərilə yazılı olan bu qabların arasında mis qablama qazanlar xüsusi yer tutur. Süfrə qabları qrupuna daxil olan bu qazanlar xörək bişirmək, ağartı məhsullarını saxlamaq və ziyafət məclislərinə ötürmək üçün istifadə olunurdu. Şəkildə təqdim olunan bu qazanın diametri 28,5 sm, oturacağının diametri 11 sm, hündürlüyü 19 sm-dir. XVIII əsrdə hazırlanmış bu mis qazanın üstündə Sədi Şirazinin şeiri ilə yanaşı on iki məsuməyə (imama) salam sözləri həkk edilmişdir.

Eksponat haqqında məlumat
Adı:
Mis qazan
Dövr:
XVIII əsr
Tapıldığı yer:
Azərbaycan
Ölçüləri:
Diametri 28,5 sm, oturacağının diametri 11 sm, hündürlüyü 19 sm-dir
İnventar nömrəsi:
EF 1514